• Bakı 16° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Ekspert: “Süni intellektdən imtina edənlər rəqabətdən silinəcək”

CƏMİYYƏT

14 May 2025 | 13:59

Ekspert: “Süni intellektdən imtina edənlər rəqabətdən silinəcək”

“Süni intellekt artıq bir təhlükədir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Medianın İnkişafı Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti və “AzİnTelekom” MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda keçirilən təlimdə İsrailin "Technion" Texnologiya İnstitunun və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçisi Gilyermo Pineda səsləndirilib.

Pineda qeyd edib ki, süni intellekti öyrənmək və ondan düzgün şəkildə istifadə etmək son dərəcə vacibdir:

“Bir neçə ildən sonra süni intellektdən istifadə etməyən şirkətləri bazarda görmək mümkün olmayacaq. Rəqabətə davamlı olmaq üçün süni intellekt üzrə biliklərə malik olmaq artıq zərurətə çevrilib. Süni zəkaya möhtacıq, ondan qaçmaq mümkün deyil”.

Spiker əlavə edib ki, süni intellektin potensial imkanları qədər yaratdığı risklər də diqqətlə izlənilməlidir:

“Süni intellekt həm fürsətdir, həm də risq. Əgər biz bu texnologiyanı düzgün tənzimləməsək və etik çərçivələr daxilində idarə etməsək, gələcəkdə sosial mühəndislik hücumlarından tutmuş dezinformasiyanın yayılmasına qədər geniş miqyaslı problemlərlə qarşılaşa bilərik. İndi atacağımız addımlar süni intellektin cəmiyyətə hansı formada təsir edəcəyini müəyyən edəcək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR