• Bakı 25° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Qaz təchizatı sektorunda dövlətin vəzifələri müəyyənləşir

CƏMİYYƏT

13 Iyun 2025 | 13:27

Qaz təchizatı sektorunda dövlətin vəzifələri müəyyənləşir

Qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin məqsədləri və dövlətin vəzifələri müəyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
- qaz təchizatı sisteminin etibarlılığı, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi;
- qaz təchizatı sektorunda idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;
- qaz təchizatı subyektlərinin xidmətlərindən, habelə qaz şəbəkəsindən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması.

Qaz təchizatı sektorunda dövlət tənzimləməsinin məqsədləri aşağıdakılardır:

- ⁠- enerji təhlükəsizliyinin təmin edilməsi;
- qaz təchizatı subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;
- istehlakçıların fasiləsiz və təhlükəsiz olaraq etibarlı, keyfiyyətli və əlçatan qaz ilə təmin edilməsi.
Qaz təchizatı sektorunda dövlətin vəzifələri aşağıdakılardır:
- regional əməkdaşlığın inkişafı, özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;
- əlverişli investisiya mühitinin yaradılması;
- qaz təchizatı sektorunda inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;
- qaz təchizatı obyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
- istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi;
- təbii inhisar və dövlət inhisarı subyektlərinin fəaliyyətinin tənzimlənməsi;
- enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;
- ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
- qaz təchizatı sektorunda dövlət nəzarətinin, o cümlədən monitorinqin həyata keçirilməsi;
- qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsi;
- istehlakçılara keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;
- qazın nəqli, paylanması, saxlanması və satışı üzrə xərclərin minimuma endirilməsi və qiymətlərin (tariflərin) iqtisadi əsaslar olmadan dəyişdirilməsinin qarşısının alınması.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Iyun 2025