• Bakı 25° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Qaz təchizatı sektorunda tənzimləyicinin səlahiyyətləri

CƏMİYYƏT

13 Iyun 2025 | 13:24

Qaz təchizatı sektorunda tənzimləyicinin səlahiyyətləri

Qaz təchizatı sektorunda tənzimləyicinin səlahiyyətləri məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirir:
- qaz təchizatı subyektlərinə qazın nəqli, qazın paylanması və sənaye qaz qurğusunun istismarı üçün icazələri verir;
- qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını təsdiq edir;
- qaz təchizatı sektorunda tənzimlənən qiymətləri (tarifləri) müəyyən edir;
- qaz təchizatı subyektləri tərəfindən icazə şərtlərinə, habelə həmin subyektlər və istehlakçılar tərəfindən qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edir;
- qaz təchizatı subyektləri üçün ödənilməsi məcburi olan tənzimləmə haqqının məbləğini hesablayır və həmin subyektlərə bildirir;
- qaz təchizatı subyektləri arasında yaranan mübahisələrə və istehlakçıların şikayətlərinə baxır;
- sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını təsdiq edir;
- qazın keyfiyyət göstəricilərinin (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət edir;
- qaz təchizatı subyektlərinin və qaz şəbəkələrinin mövsümi hazırlığının təmin edilməsinə nəzarət edir;
- qaz təchizatı subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
- qaz təchizatı subyektlərinin təqdim etdikləri iş və xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir;
- qaz təchizatı sektorunda fəaliyyətin həyata keçirilməsinə dair təlimatları təsdiq edir;
- kommersiya uçotu qaydalarını təsdiq edir.
Tənzimləyici aşağıdakılar daxil olmaqla, qaz təchizatı sektorunun monitorinqini həyata keçirir:
- icazə tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsində şəffaflığın;
- qaz təchizatı subyektlərinin qaz qurğularının texniki göstəricilərinin;
- qaz şəbəkələrinə qoşulmanın;
- qaz təchizatı sektorunda satıcı-istehlakçı münasibətlərinin;
- qaz qurğularının etibarlı istismarının;
- qaz təchizatı subyektləri tərəfindən icazə şərtlərinə, habelə həmin subyektlər və istehlakçılar tərəfindən qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə əməl olunmasının;
- Müayinə və texniki xidmətə dair tələblərə riayət olunmasının.
Tənzimləyici tərəfindən qaz təchizatı sektorunu tənzimləyən Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaz təchizatı sektorunda dövlət nəzarətinin həyata keçirilməsi zamanı qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması halları aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Həmin yazılı göstərişlərin icrası qaz təchizatı subyektləri və istehlakçılar üçün məcburidir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Iyun 2025