Bu gün səhər saatlarında İranın paytaxtı Tehran yaxınlığındakı Səfadəşt şəhərində 3,3 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, İranın Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.
Coğrafi koordinatlar 50,86 dərəcə uzunluq və 35,72 dərəcə enlikdir.
Hazırda mümkün tələfat və dağıntılar barədə məlumat yoxdur.