• Bakı 16° C

    11.19 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Kamilə Əliyeva: Ailə dövlətin formalaşmasında mühüm vasitədir

CƏMİYYƏT

14 May 2025 | 12:07

Kamilə Əliyeva: Ailə dövlətin formalaşmasında mühüm vasitədir

Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindən birini ailə siyasəti təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Nəsillərarası həmrəylik: ailə münasibətləri və dayanıqlı inkişaf konteksində” mövzusunda konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, ailə cəmiyyətin və dövlətin formalaşmasında mühüm rol oynayır:

“İnsanın vətəndaş kimi formalaşması məhz ailədən başlayır. Gənclərin böyüklərə, yaşlılara hörmət etməsi, xalqına sevgi göstərməsi hər zaman Azərbaycan ailəsinin əsas dəyərləri olub”.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR