• Bakı 16° C

    11.19 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Ohanyanın oğlunun cinayət işi məhkəməyə göndərilib

CƏMİYYƏT

14 May 2025 | 11:32

Ohanyanın oğlunun cinayət işi məhkəməyə göndərilib

Ermənistanda 44 günlük müharibə ilə bağlı daha bir cinayət işi məhkəməyə göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

    Qeyd edilib ki, N saylı hərbi hissənin komandiri polkovnik Artur Ohanyan 6-7 oktyabr 2020-ci il tarixlərində xidməti vəzifələrinin icrasına vicdansız münasibət göstərib, onları düzgün yerinə yetirməyib və bu, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.

    Eyni hərbi hissənin başqa bir batalyonunun komandiri, polkovnik-leytenant G. M. da Artur Ohanyanla birlikdə ittiham olunur.

    Onlar cinayət məcəlləsinin müxtəlif maddələr üzrə ittiham edilirlər.

    Qeyd olunub ki, polkovnik Artur Ohanyan sabiq müdafiə naziri, deputat Seyran Ohanyanın oğludur.


    SON XƏBƏRLƏR