• Bakı 26° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib - VİDEO

CƏMİYYƏT

13 Iyun 2025 | 10:56

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib - VİDEO

Bakının Nizami rayonunda yerləşən Şahin Abbasov adına uşaq bağçasında antisanitar vəziyyət hökm sürür.

Bakıvaxtı.az xəbər verir ki, bağçada siçovullar masaların üzərində və yataq otaqlarında gəzir, mətbəx və sanitar qovuşaqda natəmiz vəziyyət yaranıb.

Bağçadakı vəziyyətdən valideynlər də narahatdır:

“Qapısı, istilik sistemi yoxdur. Evdən elektrik sobası gətirib qoymuşam ki, uşaqlar istilik sistemi ilə təmin olunsun”.

Təhsil müəssisəsinin azyaşlı sakinləri də dəfələrlə gəmiricilərlə rastlaşdıqlarını bildirirlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, sözügedən uşaq bağçasında infrastrukturun yenilənməsi ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Ətraflı ARB-nin videomaterialında:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026
11 Iyul 2026