• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ağdamda sümük qalıqları tapıldı

CƏMİYYƏT

13 Iyun 2025 | 10:50

Ağdamda sümük qalıqları tapıldı

Ağdamın işğaldan azad edilmiş Maqsudlu kəndində qazıntı işləri aparılarkən insan sümüyünə bənzər fraqmentlər aşkarlanıb.

Bakıvaxtı.az bu barədə Baş Prokurorluğa istinadla xəbər verir.

İyunun 12-də Ağdam rayonu, Maqsudlu kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə Ağdam rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026