STM Azərbaycan ailəsində nəsillər arasındakı münasibətləri öyrənmək məqsədilə tədqiqatlar aparıb və nəticələri açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Humay Axundzadə STM-in təşkilatçılığı ilə keçirilən “Nəsillərarası həmrəylik: ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda konfransda məlumat verib.
O bildirib ki, tədqiqatlar ölkənin 12 rayonu üzrə aparılıb və ümumilikdə 1 170 nəfər respondent iştirak edib. Respondentlər üç qrupa bölünüb, hər bir qrupa isə 390 nəfər daxil edilib.
Nuriyyə Musayeva