• Bakı 16° C

    13.93 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb - YENİLƏNİB

HADİSƏ

14 May 2025 | 12:46

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb - YENİLƏNİB

Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib. 

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən verilən məlumata görə, pasiyentin ölümünün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirməyin mümkün olduğu bildirilib. 

Qeyd olunub ki, mayın 12-də saat 16:30 radələrində vəziyyətinin pisləşməsi səbəbilə 1987-ci il təvəllüdlü qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb. 

Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-də saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.

Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür.

***

10:49

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə alınıb.

Belə ki, rayonun Atakişili kənd sakini Abdullayeva Pərvanə Alı qızı Kürdəmir Mərkəzi xəstəxanasında appençiddən əməliyyat olunduqdan sonra halı pisləşib və dünyasını dəyişib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və qadının meyidi aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR