Tonqa Krallığı ərazisində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, seysmik aktivlik təxminən 4000 nəfər əhalisi olan Neiafu adasından 137 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 243 km dərinlikdə yerləşib.
Qeyd olunub ki, dağıntı və tələfat yoxdur. Sunami təhlükəsi barədə də məlumat verilməyib.
Bildirilib ki, həmin gecə Livanda, Beyrutda, həmçinin Suriya və Misirin paytaxtlarında, Dəməşq və Qahirədə təkanlar hiss olunub.
Mina Mikayılova