• Bakı 24° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İsrailin İranı “vurmasında” ABŞ izi... - Ağ Ev təkzib edir

DÜNYA

13 Iyun 2025 | 08:18

İsrailin İranı “vurmasında” ABŞ izi... - Ağ Ev təkzib edir

Amerika Birləşmiş Ştatları İsrailin İranı “vurmasında” iştirak etmədiyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evdən Fransanın L'Agence France-Presse (AFP) agentliyinə bildirilib. Xəbərdə qeyd olunub ki, Birləşmiş Ştatlar İsrailin İrana zərbələrində iştirak etməyib və onlara köməklik göstərməyib:

“Donald Tramp ötən gün “İranın nüvə probleminin diplomatik yolla həllinə sadiq qaldığını” bəyan edib və ABŞ-ın yaxın müttəfiqi olan İsraili İrana zərbələr endirməməyə çağırıb”.

ABŞ dövlət katibi Marko Rubio deyib ki, Amerikanın İrana zərbələrlə heç bir əlaqəsi yoxdur və Vaşinqtonun prioriteti regionda Amerika qüvvələrinin müdafiəsi olaraq qalır.

“İsrail Vaşinqtonu əməliyyatın özünümüdafiə üçün zəruri hesab etdiyini bildirib. Bizim İrana zərbələrlə heç bir əlaqəmiz yoxdur və ən yüksək prioritetimiz bölgədəki qüvvələrimizin müdafiəsi olaraq qalır. ABŞ prezidenti Donald Tramp və onun administrasiyası Amerika qüvvələrini qorumaq üçün bütün lazımi tədbirləri görüb”, - deyə o bildirib.

O, İranı ABŞ-ın maraqlarına toxunmamağa və Amerika hərbçilərinə zərər verməməyə çağırıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb. İsrailin nəyi hədəfə aldığı hələlik bəlli olmasa da, Tehranda partlayışlar olduğu bildirilir. “Fars” agentliyi İranın paytaxtında ən azı altı partlayış səsi eşidilidiyini yazıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

13 Iyun 2025