• Bakı 28° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Melonidən Trampın qərarına: Ümid edirik ki, razılaşma olacaq

DÜNYA

13 Iyul 2025 | 00:53

Melonidən Trampın qərarına: Ümid edirik ki, razılaşma olacaq

İtaliya ABŞ ilə ədalətli tarif razılaşmasının əldə olunacağına ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya Baş naziri Corciya Meloninin ofisinin yaydığı bəyanatda bildirilib.

“Qarşılıqlı hörmətə əsaslanan razılaşmanın əldə olunması üçün bütün tərəflərin xoşməramlılığına ümid edirik. Xüsusilə indiki geosiyasi şəraitdə Atlantikanın iki sahili arasında ticarət qarşıdurmasının yaranmasının heç bir mənası yoxdur”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ABŞ AB və Meksika mallarına 30% gömrük rüsumu tətbiq edib. Qərar 1 avqustdan qüvvəyə minəcək.


SON XƏBƏRLƏR

12 Iyul 2025