• Bakı 24° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

ABŞ Çinə yeni rüsumları 90 gün təxirə saldı

DÜNYA

11 Avqust 2025 | 23:51

ABŞ Çinə yeni rüsumları 90 gün təxirə saldı

ABŞ Prezidenti Donald Tramp yeni rüsumların Çin məhsullarına tətbiqini 90 gün müddətinə təxirə salan sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın CNBC kanalı Ağ Ev mənbəsinə istinadən yayıb.

Sərəncamda bildirilir ki, Tramp növbəti 90 gün ərzində Çin mallarına yüksək rüsumların yenidən tətbiq edilməsinə imkan verməyəcək.

Verilən məlumata görə, sənəd ABŞ lideri tərəfindən tariflərin qüvvəyə minməsi gözlənilən vaxtdan bir neçə saat əvvəl imzalanıb.

Mənbə əlavə edib ki, gecikmə iyul ayının sonlarında İsveçdə keçirilən ABŞ və Çin ticarət nümayəndələrinin son danışıqlar raundunun gözlənilən nəticəsidir.


SON XƏBƏRLƏR

11 Avqust 2025