• Bakı 15° C

    3 m/s

İsrailə silah embarqosu tətbiq olunsun - Vaqenknext

DÜNYA

10 Sentyabr 2025 | 20:33 | Müəllif: Subhan Mahmudov

İsrailə silah embarqosu tətbiq olunsun - Vaqenknext

“Sara Vaqenknext” ittifaqının sədri Sara Vaqenknext Almaniya hökumətini İsrailin Qətərə hərbi zərbəsini pisləməyə və Təl-Əvivə silah tədarükünü qadağan etməyə çağırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o X səhifəsində yazıb.

"Bu hərbi zərbədən sonra Almaniya hökumətinin silah embarqosunu genişləndirməsi və İspaniya kimi İsrailə qarşı tam silah embarqosu tətbiq etməyin vaxtı çatıb", - Vaqenknext bildirib.

O, həmçinin bildirib ki, Almaniya Fələstini suveren dövlət kimi tanımalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR