İsrail ordusu bu gecə fasilə vermədən Qəzzaya hücum edib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, İsrailin bir gecədə Qəzzaya təşkil etdiyi hücumlarda aralarında uşaq və qadınların da olduğu 51 fələstinli həlak olub.
Hücumlarda çoxlu mülki vətəndaşın yaralandığı və ölənlərin sayının arta biləcəyi bildirilib.
Nuriyyə Musayeva