• Bakı 16° C

    11.19 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

İQTİSADİYYAT

14 May 2025 | 12:21

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Bu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 774,9 min nəfər olub, onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 894,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bakıvaxtı.az bu barədə Döpvlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, muzdla işləyənlərin 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 %-i təhsil, 13,7 %i sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,0 faiz artaraq 1083,8 manat təşkil etmişdir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.


SON XƏBƏRLƏR