• Bakı 24° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Qızılı olanların NƏZƏRİNƏ  - 3450 dollara yaxınlaşdı

İQTİSADİYYAT

13 Iyun 2025 | 10:00

Qızılı olanların NƏZƏRİNƏ  - 3450 dollara yaxınlaşdı

Əmtəə bazarlarında qızıl bahalaşma trendini davam etdirir. Son geosiyası hadisələr fonunda qızılın qiyməti 48 dollardan çox artıb.

Bakıvaxtı.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 1.4% və ya 47,8 dollar artaraq 3 445.2 ABŞ dollarına bərabər olub. Qızılın spot qiyməti isə 1,18% artaraq 3425 dolları ötüb.

Ekspertlər qızılın qiymətində kəskin artımı bir neçə səbəblə izah edirlər. Birincisi, Yaxın Şərqdə geosiyasi gərginliklər, ABŞ və İranla bağlı risklərin artması investorları təhlükəsiz liman kimi qızıla yönəldir. Bundan əlavə, ABŞ dollarının zəifləməsi də qızıl qiymətinə təsir edir. Belə ki, dollar indeksi iki ayın ən aşağı səviyyəsinə düşüb — bu da dollarla qiymətləndirilən qızılın alıcılar üçün daha sərfəli olmasına səbəb olur.

Bundan əlavə, qeyd olunur ki, ABŞ inflyasiya məlumatlarının gözləntilərdən zəif olması, texniki alım və bazar dinamizmi də qızıl qiymətinə təsir edən əsas amillərdəndir.


SON XƏBƏRLƏR

13 Iyun 2025