• Bakı 24° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Dövlət büdcəsinə qeyri-neft mənbələri üzrə daxilolmalar 3.1 faiz artıb

İQTİSADİYYAT

13 Iyun 2025 | 11:46

Dövlət büdcəsinə qeyri-neft mənbələri üzrə daxilolmalar 3.1 faiz artıb

2024-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft mənbələri üzrə daxilolmaların 3.1 faiz artması Azərbaycanda iqtisadi artımda qeyri-resurs sektorunun drayverə çevrilməsindən xəbər verir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ötən il proqnoza nisbətən dövlət büdcəsinə qeyri-neft sektorundan 573.4 milyon manat çox, bütövlükdə isə 19 milyard 192 milyon manat vəsait daxil olub:

"Hesabatda qeyri-neft sektoru üzrə daxil olmaların çox olması ÜDM-dəki artımın proqnoza nisbətən yüksək olması ilə əlaqələndirilir. 2024-cü ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul (ÜDM) real ifadədə 4,1 faiz artmış və nominal olaraq 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat olub. Deməli, proqnoza nisbətən 5 milyard manat daha çox ÜDM formalaşıb. Bu təbii ki, müsbət haldır və iqtisadiyyatın inkişafına xarakterizə edən göstəricidir. Bu o deməkdir, iqtisadiyyatın daha çox inkişaf etməsinin fiskal gəlirlərə pozitiv spilover effekti var. Bununla yanaşı, sadə reqressiv hesablama göstərir ki, qeyri-neft sektorundan proqnoza nisbətən 573.4 milyon manat əlavə vəsaitin büdcəyə daxil olması sadəcə ÜDM-dəki artım ilə bağlı deyil. Bu baxımdan, gəlirlər üzrə konservativ proqnozlaşdırma faktoru da nəzərə alınmalıdır".

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Iyun 2025