• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

MARAQLI: Xəbəri olmadan işə götürüldü, sonra isə...

CƏMİYYƏT

14 May 2025 | 09:29 | Müəllif: Əli Hüseynov

MARAQLI: Xəbəri olmadan işə götürüldü, sonra isə...

Bakıda maraqlı hadisə baş verib. Belə ki, şəxs özünün xəbəri olmadan şirkətlərdən birində anbardar işinə götürülüb.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, zərərçəkən şəxs 2025-ci ilin yanvar ayında işə düzəlmək məqsədi ilə müraciət edəndə məlum olub ki, cavabdeh MMC onu anbardar vəzifəsinə qəbul edib, Əmək və Məşğulluq altsisteminə qeydiyyata salıb. Halbuki, onun belə bir şirkətdən və ya belə bir işdən ümumiyyətlə xəbəri olmayıb, heç bir əmək müqaviləsi imzalamayıb. Zərərçəkənin hüquqları pozulub və hazırda başqalarının qanunsuz əməlləri nəticəsində o, heç bir işə girə bilmir.

Nəsimi rayon Məhkəməsi tərəfindən ilə iddiaçı ilə cavabdeh MMC arasında 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərar çıxarılıb. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna həvalə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026