• Bakı 23° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Bu regionlar üzrə musiqi və incəsənət müəllimlərinin attestasiyası davam edir

CƏMİYYƏT

14 May 2025 | 13:05

Bu regionlar üzrə musiqi və incəsənət müəllimlərinin attestasiyası davam edir

Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, mayın 12-də start götürən attestasiya prosesinin ilk günündə Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin attestasiyası keçirilib.

    23 may tarixinədək davam edəcək attestasiyaya Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə 568 müəllimi cəlb olunacaq.

    İyun ayında isə sözügedən regionların məktəblərində tədris olunan digər ixtisaslar üzrə təhsilverənlərin attestasiyasının keçirilməsi nəzərdə tutulur.


    SON XƏBƏRLƏR

    22 May 2025