q
  • Bakı 19° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Yeniyetmə güləşçilərimiz Avropa çempionatına üç medalla başlayıblar

İDMAN

12 May 2026 | 23:52

Yeniyetmə güləşçilərimiz Avropa çempionatına üç medalla başlayıblar

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Ömər Salmanov (48 kq) finalda rusiyalı Artyom Tkaçenkoyla qarşılaşıb. Rəqibinə 1:5 hesabıyla məğlub olan güləşçi gümüş medalı boynundan asıb.

Qurban Məcnunov (55 kq) da həlledici görüşdə Rusiya təmsilçisi ilə üz-üzə gəlib. Edem Payziyevlə gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (1:2) uduzan Qurban Avropa ikincisi olub.

Orxan Həbibli (65 kq) təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisə, bürünc medal uğrunda qarşılaşmada isə ukraynalı Oleksandr Venetsə 9:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Beləliklə, millimiz ikinci yarış günündə 2 gümüş və 1 bürünc medal qazanıb.


SON XƏBƏRLƏR

12 May 2026