• Bakı 22° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Şakira DÇ-də “qol”unu atdı - VİDEO

İDMAN

11 Iyun 2026 | 23:16

Şakira DÇ-də “qol”unu atdı - VİDEO

Dünyaşöhrətli müğənni Şakira planetin ən nəhəng futbol bayramı olan FIFA Dünya Çempionatının rəsmi açılış mərasimində çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, açılış Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən əfsanəvi “Asteka” (Mexico City Stadium) stadionunda baş tutub.

Mərasimdə dünyaşöhrətli müğənnilər Şakira və Burna Boy çıxış edərək azarkeşlərə unudulmaz anlar yaşadıblar.

Qeyd edək ki, bu, Şakiranın FIFA Dünya Çempionatı üçün hazırladığı ikinci rəsmi himndir.

Müğənni daha əvvəl 2010-cu ildə keçirilən dünya çempionatı üçün təqdim etdiyi “Waka Waka (This Time for Africa)” mahnısı ilə böyük uğur qazanmışdı.

Şakira həmçinin 2014-cü ildə “La La La (Brazil 2014)” mahnısını ifa edib.

Dünya çempionatları ilə sıx bağlı olan sənətçi 2006-cı ildə Almaniyada keçirilən turnirin bağlanış mərasimində də səhnə almışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026