• Bakı 28° C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Millinin rəqibləri bilindi

İDMAN

11 Iyun 2026 | 19:13

Millinin rəqibləri bilindi

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, AFFA-nın məlumatına görə, püşkatma mərasimində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer alan U-17 İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq. Oyunlar bu ilin payızında baş tutacaq. Oyunların keçiriləcəyi ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026