• Bakı 28° C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

DÇ-2026-nın açılış mərasimi baş tutdu - VİDEO

İDMAN

11 Iyun 2026 | 22:22

DÇ-2026-nın açılış mərasimi baş tutdu - VİDEO

2026-cı il dünya çempionatının açılış mərasimi baş utub.

Bakıvaxtı.az xəbər verir ki, planetin ən nəhəng futbol bayramının start pərdəsi Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən əfsanəvi “Asteka” (Mexico City Stadium) stadionunda qaldırılıb.

Günün əsas qarşılaşmasında turnirin ev sahiblərindən biri olan Meksika millisi A qrupundakı ilk matçında Cənubi Afrika Respublikası (CAR) yığması ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək oyunda 80 mindən çox azarkeşin tribunaları dolduracağı gözlənilir.

Qeyd edək ki, futbol tarixində bir ilkə imza atan DÇ-2026 eyni vaxtda üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Üstəlik, turnir tarixdə ilk dəfə olaraq genişləndirilmiş formatda – 48 komandanın iştirakı ilə təşkil olunur. Bir ay boyu davam edəcək gərgin və maraqlı futbol marafona iyulun 19-da keçiriləcək böyük final matçı ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026