q
  • Bakı 19° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

“Boz kardinal” həbs olundu 

CƏMİYYƏT

12 May 2026 | 17:22

“Boz kardinal” həbs olundu 

Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu təxminən 4,3 milyon ABŞ dolları girov müqabilində azadlığa buraxılmaq şərti ilə “boz kardinal” Andriy Yermakın həbsini tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, prokurorluq Yermakın həbs olunması və istintaq müddətində girov qarşılığında azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.

İddialara əsasən, Yermak Kiyev yaxınlığında elit daşınmaz əmlak tikintisi ilə bağlı vəsaitlərin leqallaşdırılması işində iştirak edən mütəşəkkil qrupla əlaqədə şübhəli bilinir.

Andriy Yermak isə elit daşınmaz əmlaka sahib olması barədə məlumatları təkzib edib, yalnız mənzil və avtomobilinin olduğunu bildirib.

Məsələ ilə bağlı qərarın Ukrayna Ali Antikorrupsiya Məhkəməsi tərəfindən veriləcəyi gözlənilir. /todaypress.tv


SON XƏBƏRLƏR

12 May 2026