q
  • Bakı 19° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Ramos doğma klubunun yeni sahibi oldu

İDMAN

12 May 2026 | 17:51

Ramos doğma klubunun yeni sahibi oldu

"Real Madrid"in və İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos "Sevilya" klubunun satın alınması prosesini rəsmən yekunlaşdıraraq komandanın yeni sahibi ünvanına yiyələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, tarixi alqı-satqı prosesi artıq tam olaraq başa çatıb.

Məlumata görə, klubun əldə edilməsində ulduz futbolçunun böyük qardaşı və eyni zamanda agenti olan Rene Ramos da yaxından iştirak edir. Rəsmi bəyanatın ictimaiyyətə açıqlanmasından öncə Ramosun hüquqşünaslarının müvafiq rəsmi addımlar atacağı gözlənilir.

Xatırladaq ki, "Sevilya"nın yetirməsi olan Serxio Ramos 2005-ci ildə məhz bu klubdan Madrid "Real"ına transfer olunmuşdu. 2023-cü ilin sentyabr ayında ispan müdafiəçi doğma komandasına geri dönərək 2023/2024 mövsümünü orada keçirib. 2026-cı ilin əvvəlindən isə 40 yaşlı futbolçu azad agent statusunu daşıyır.


SON XƏBƏRLƏR

12 May 2026