Somalili futbol hakimi Omar Abdulkadir Artan 2026-cı il Dünya Çempionatında iştirak edə bilməyəcək.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ sərhəd xidmətinin məlumatına görə, hakim ölkəyə daxil olarkən əlavə yoxlamadan keçirilib və aparılan təhlükəsizlik araşdırmalarından sonra onun ABŞ-yə girişinə icazə verilməyib.
Məlumata görə, o, Dünya Çempionatında oyunları idarə edəcək hakimlər siyahısına daxil edilib və Afrika zonasından seçilən 7 hakimdən biridir.
Hakim qərardan məyus olduğunu bildirsə də, karyerasına davam edəcəyini və gələcək turnirlərə hazırlaşacağını deyib.
FIFA isə bildirib ki, viza və giriş məsələləri ev sahibi ölkənin səlahiyyətindədir və təşkilat bu proseslərə müdaxilə etmir.
Lumu Zülfüqarova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



