Türkiyə milli komandanın 2026 FIFA Dünya Kuboku üçün 26 nəfərlik əsas heyətinə düşməyən Aral Şimşir və Demir Ege Tıknaz düşərgədən ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, hər iki futbolçu komanda ilə birlikdə ABŞ-yə aparılsa da, iyunun 14-də Avstraliyaya qarşı keçiriləcək oyun ərəfəsində Arizona düşərgəsini tərk ediblər.
Qərar əsas heyət siyahısının yekunlaşdırılmasından sonra verilib.
Mirsadiq Ağayev,
BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi.
Bakı 



