• Bakı 28° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Alman riyaziyyatçı DÇ-nin qalibini proqnozlaşdırıb

İDMAN

11 Iyun 2026 | 12:12

Alman riyaziyyatçı DÇ-nin qalibini proqnozlaşdırıb

Son üç futbol üzrə Dünya Çempionatının qalibini düzgün proqnozlaşdırması ilə tanınan alman riyaziyyatçı Yoahim Klement 2026-cı il mundialı ilə bağlı yeni ehtimalını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, riyazi modelə əsasən, 2026-cı il Dünya Çempionatının qalibi Niderland millisi ola bilər. Proqnoza görə, niderlandlılar yarımfinalda İspaniyanı, finalda isə Portuqaliyanı məğlub edərək tarixlərində ilk dəfə dünya çempionu olacaqlar.

Bununla belə, Klement futbolun nəticələrinin tam dəqiq proqnozlaşdırılmasının mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə, oyunlara forma, hakim qərarları və təsadüfi amillər ciddi təsir göstərir.

Riyaziyyatçı azarkeşləri bu cür proqnozlara ehtiyatla yanaşmağa çağıraraq, futbolun nəticələrinin “lotereya” xarakteri daşıdığını qeyd edib.

Dünya Balakişiyeva,

BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026