• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi

CƏMİYYƏT

12 May 2026 | 23:42 | Müəllif: Subhan Mahmudov

Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi

“Speys” müstəqil teleradio şirkətində kadr dəyişiklikləri davam edir. Verilən məlumata görə, telekanalın icraçı direktoru Nəriman Əbdüləliyev bu gün vəzifəsindən uzaqlaşdırılıb. Məsələ ilə bağlı məlumatı jurnalist Arifə Əliyeva paylaşıb.

Bakıvaxtı.az Konkret.az-a istinadla xəbər verir ki, Nəriman Əbdüləliyev artıq bu gün kollektivlə görüşərək onlarla vidalaşıb. Qeyd edək ki, o, “Speys” TV-nin keçmiş baş direktoru Vado Karovinin kürəkənidir.

Vado Karovinin kanaldakı fəaliyyəti başa çatdıqdan sonra, Nəriman Əbdüləliyevin də tezliklə işdən çıxarılacağı media dairələrində gözlənilən addım kimi qiymətləndirilirdi.

Hazırda telekanalda rəhbər vəzifələrə yeni təyinatların olub-olmayacağı maraq doğurur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026