• Bakı 24° C

    5.95 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

ETX saxta “CAPTCHA” səhifələri ilə bağlı xəbərdarlıq edib

CƏMİYYƏT

11 Iyun 2026 | 17:52

ETX saxta “CAPTCHA” səhifələri ilə bağlı xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Xidməti (ETX) istifadəçilərin kompüterlərində zərərli əmrlərin icra edilməsinə səbəb olan saxta “CAPTCHA” səhifələrinin yayılması ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, ETX-nin apardığı monitorinqlər zamanı kibercinayətkarların legitim internet resurslarını ələ keçirərək həmin saytlar üzərində saxta “CAPTCHA” yoxlama səhifələri yerləşdirdiyi müəyyən olunub.

Məlumata görə, istifadəçilər sayta daxil olduqda təqdim edilən yoxlamanı həqiqi hesab edir və onlardan “robot olmadıqlarını təsdiqləmək” məqsədilə “Windows + R”, “Ctrl + V” və “Enter” düymə kombinasiyalarını icra etmələri tələb olunur. Bu əməliyyat nəticəsində cihazda zərərli əmr işə düşür və sistem komprometasiya oluna bilər.

ETX bildirib ki, belə hallarda istifadəçi fərqinə varmadan zərərli kodu öz əli ilə işə salmış olur. Bu isə zərərli proqramların cihaza yüklənməsinə və fərdi məlumatların oğurlanmasına səbəb ola bilər.

Qurum vurğulayıb ki, həqiqi “CAPTCHA” yoxlamaları heç vaxt istifadəçidən hər hansı əmrin icrasını, “Run” pəncərəsinin açılmasını və ya mətnin sistemə yapışdırılmasını tələb etmir.

ETX vətəndaşlara “CAPTCHA” adı altında təqdim olunan göstərişlərə qarşı diqqətli olmağı, əməliyyat sistemini və antivirus proqramlarını mütəmadi yeniləməyi, həmçinin naməlum mənbələrdən göndərilən keçidlərə ehtiyatla yanaşmağı tövsiyə edib.

Xidmət vətəndaşları kibertəhlükələrə qarşı ayıq olmağa və şübhəli hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara məlumat verməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR