• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hərbçilərimiz paraşüt təlimində - VİDEO

SİYASƏT

12 May 2026 | 15:14 | Müəllif: Əli Hüseynov

Hərbçilərimiz paraşüt təlimində - VİDEO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.

Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.

Qeyd edək ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026