• Bakı 27° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

"İranla müharibə hazırda Trampın zərərinədir" - AÇIQLAMA

SİYASƏT

11 Iyun 2026 | 10:06

İranla müharibə hazırda Trampın zərərinədir - AÇIQLAMA

Yaxın Şərqdə uzun müddətdir davam edən hərbi gərginliyin ardınca İsrail və İran arasında əldə olunmuş kövrək atəşkəsin pozulması regionu yenidən böyük bir müharibə təhlükəsi ilə üz-üzə qoyub. Tərəflərin qarşılıqlı hərbi ritorikası və regional sabitliyə yönələn təhdidlər qlobal güclərin də prosesə müdaxiləsini qaçılmaz edir. Bir tərəfdən beynəlxalq təzyiqlər, digər tərəfdən isə qarşıdurmanın coğrafiyasının genişlənməsi riski Cənubi Qafqaz da daxil olmaqla, bütün ətraf regionların təhlükəsizlik arxitekturasını ciddi şəkildə silkələyir.

Bəs İsrail-İran atəşkəsinin pozulması və müharibənin yenidən alovlanması regiona nə vəd edir? Bu gərginlik Yaxın Şərqdə hansı yeni siyasi və hərbi reallıqları ortaya çıxaracaq?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İrfan bildirib ki, İsrail və İran arasında atəşkəsin pozulması regionda yeni müharibə ehtimalını artırır. Lakin ABŞ və İran arasında müəyyən razılıq edilməsinə ehtimal böyükdür.

Politoloqu sözlərinə görə, Əgər bu baş verərsə təbii ki, Vaşinqton və Tehran müəyyən ortaq məxrəcə gələ bilər ki, İsrailin hücumlarının qarşısı alınar. Odur ki, hazırda ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Netanyahuya təziqləri başlayıb. İsrail də İrana müəyyən zərbələr edirsə də davamlı müharibəyə getməyib. Çünki İsrailin hava hücumundan müdafiə sistemi İran raketlərini tam zərərsizləşdirə bilməyib.

Tural İrfan: Müharibənin yenidən alovlanması regionda böyük problemlər yarada bilər

Politoloq deyib ki, eyni zamanda Livana hücumla bağlı beynəlxalq təziqlər də artmaqdadır. Dediyinə görə, bütün hallarda müharibə ehtimalı yenə də qalır. Hələ İran və ABŞ arasında razılıq əldə olunmayıb, effektiv nəticə yoxdur:

"Müharibənin yenidən alovlanması regionda böyük problemlər yarada bilər ki, bundan hətta İsrail özü də zərər çəkər. Hazırda İranla müharibə ABŞ prezidenti Donald Trampın zərərinədir. Lakin İsrailin baş naziri Netanyahu isə xalq qarşısında cavabdehlik daşıyır".

Müsahibimiz qeyd edir ki, öz hakimiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıb yeni müharibə və yeni qazancla etimadı doğrultmaq istəyir. Ona görə İran məsələsində ABŞ və İsrail arasında paradoksal vəziyyət yaranır. Bütün bunların müqabilində İsrailin müharibə yaratmaq şansları hələ də qalmaqdadır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026