Ermənistanın baş naziri Nikol Paşinyan dəmir yolları, avtomobil magistralları və elektrik ötürücü xətlərinin gələcək regional infrastrukturun əsas elementləri olacağını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, bu üç istiqamətin reallaşdırılması qaçılmazdır və regionda uzunmüddətli sülhün əsasını təşkil edir.
"Mən üç şeyin baş verəcəyini aydın şəkildə bilirəm: dəmir yolu, avtomobil yolu və elektrik xətləri. Mən bu üç şeyə 100% əminəm", - deyə baş nazir vurğulayıb.
Paşinyanın fikrincə, Ermənistanla Azərbaycan arasında insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkəti sülhün bərqərar olmasının praktiki sübutu olacaq.
"Təsəvvür edin: biz Azərbaycana gedib-qayıdırıq, Azərbaycan Ermənistan ərazisindən keçərək gedib-qayıdır, qatarlar keçir - sülh elə budur", - deyə baş nazir bəyan edib.
Bakı 



