• Bakı 28° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Paşinyan: Putindən təbrik gözləyirəm

SİYASƏT

11 Iyun 2026 | 13:18

Paşinyan: Putindən təbrik gözləyirəm

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçirilən parlament seçkilərində partiyasının qələbəsi münasibətilə Rusiya Prezidenti Vladimir Putindən təbrik gözlədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

“Yox, hələ təbrik etməyib. Ümid edək ki, təbrik edəcək”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.

Qeyd edək ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov seçkilərin yekun nəticələrini gözləməyin vacibliyini vurğulayıb.

“Bilirsiniz ki, orada çoxlu anlaşılmaz məqamlar olub. Baş vermiş pozuntularla bağlı çoxsaylı məlumatlar gördük. Buna görə də hansısa rəsmi yekun rəyləri gözləməyi üstün tuturuq”, – deyə Peskov jurnalistlərin Putinin Paşinyanı təbrik edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026