q
  • Bakı 19° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

CƏMİYYƏT

12 May 2026 | 23:13

Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 45 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.  

Bildirilib ki, mayın 13-dən  sərnişinlərin xidmətinə veriləcək 7 ədəd İsuzu HC45 markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

“Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Qeyd edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun hərəkət istiqaməti dəyişdirilərək son dayanacaq məntəqəsi metronun “Nəsimi” stansiyası təyin olunub.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib”, - deyə məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR

12 May 2026