Hazırki mərhələdə regionda formalaşan yeni reallıqlar sülh prosesinin əsas istiqamətini müəyyən edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu sabiq XİN başçısı, siyasi şərhçi Tofiq Zülfüqarov regionda sülh prosesi, Ermənistanın siyasi mövqeyi və xarici təsirlər barədə çıxışı zamanı bildirib:
“Ermənistanın sülhə meyl göstərməsi birbaşa Azərbaycanın yaratdığı siyasi reallıqlardan və mövcud güc balansından asılıdır. Mən istəyirəm ki, mediada bəziləri məsələyə emosional yanaşmadan, daha real və obyektiv baxışla yanaşsınlar. Yəni “xalq sülh istəyir” kimi ümumiləşdirilmiş və emosional yanaşmalar həqiqətin tam mənzərəsini əks etdirmir. Media isə bəzən Paşinyanı “sülh mələyi” kimi təqdim edir”.
T. Zülfüqarov bildirib ki, həm Avropa, həm də digər xarici aktorlar tərəfindən müxtəlif informasiya və təbliğat kampaniyaları aparılır:
“Bu proseslərdə müxtəlif mərkəzlərin təsir cəhdləri var və bu, regiondakı siyasi dinamikanı mürəkkəbləşdirir”.
O əlavə edib ki, Ermənistanın gələcək siyasi davranışı və sülhə yanaşması regionda sabitliyin formalaşması baxımından həlledici rol oynayacaq.
Zeynəb Rzayeva
Bakı 




