• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İranın beş şərti AÇIQLADI

CƏMİYYƏT

13 May 2026 | 00:02 | Müəllif: Subhan Mahmudov

İranın beş şərti AÇIQLADI

İran hakimiyyəti Vaşinqton Tehranın irəli sürdüyü beş şərti yerinə yetirməyincə, ABŞ ilə münaqişələrin həlli üzrə danışıqları bərpa etməyəcəyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İran tərəfinin irəli sürdüyü şərtlərə daxildir: Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması; İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi; dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılması; müharibə nəticəsində dəyən ziyana görə kompensasiyanın ödənilməsi; İranın Hörmüz boğazı üzərində suveren hüquqlarının tanınması.

Mənbənin sözlərinə görə, qeyd olunan şərtlər danışıqlar prosesinə qayıdış və tərəflər arasında minimum etimad mühitinin formalaşdırılması məqsədilə müəyyən edilib.

Agentliyin məlumatına görə, İran tərəfi Pakistan vasitəsilə ABŞ-yə çatdırıb ki, atəşkəs elan olunmasına baxmayaraq, Ərəbistan dənizi və Oman körfəzində dəniz blokadasının davam etdirilməsi Vaşinqtona olan etimadı daha da azaldır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026