• Bakı 16° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Gənclərdə fərdiyyətçilik meyli artır – STM rəsmisi

CƏMİYYƏT

14 May 2025 | 11:30

Gənclərdə fərdiyyətçilik meyli artır – STM rəsmisi

“Ümumən yaşa görə fərqlərə nəzər salsaq, görürük ki, fərdiyyətçilik meylləri cavan nəsildə daha çoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Humay Axundzadə STM-in təşkilatçılığı ilə keçirilən “Nəsillərarası həmrəylik: ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda konfransda səsləndirib.

Onun sözlərinə görə, tədqiqatlar göstərir ki, yaşa görə fərqlər nəzərə çarpır və xüsusilə gənc nəsildə fərdiyyətçilik meylləri daha güclüdür.

"Respondentlərin əksəriyyəti birlikdə yaşamağın daha yaxşı olduğunu qeyd edib. Lakin hər 10 nəfərdən biri yalnız yaşamaq istədiyini bildirib", – deyə Humay Axundzadə əlavə edib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR