• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

“Qarabağ"ın mükafatı bu tarixdə veriləcək

İDMAN

14 May 2025 | 10:55 | Müəllif: Əli Hüseynov

“Qarabağ"ın mükafatı bu tarixdə veriləcək

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi "Qarabağ" mükafatlandırılacaq.

Bakıvaxtı.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, tədbir 18 mayda "Azərsun Arena"da keçiriləcək.

35-ci tur çərçivəsində, saat 19:00-da start götürəcək "Kəpəz"lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq. "Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

Azərbaycan 1-ci Liqasında 2024/2025 mövsümünün qalibi olan "Qəbələ"yə isə qızıl medallar 26-cı turda təqdim olunacaq. Təltifetmə mərasimi 15 mayda Qəbələ şəhər stadionunda baş tutacaq. "Qəbələ" saat 16:00-da start götürəcək "Zaqatala" ilə qarşılaşmadan sonra çempionluq kuboku və medallarla mükafatlandırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR