• Bakı 25° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Millimiz FIFA reytinqində irəlilədi

İDMAN

12 Iyun 2025 | 13:17

Millimiz FIFA reytinqində irəlilədi

FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinq cədvəlini yeniləyib.

Bakıvaxtı.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının da dünya reytinqindəki yeni mövqeyi bəlli olub.

Ötən siyahı ilə müqayisədə bir pillə irəliləyən yığmamız (1303.32 xal) 74-cü sıraya yüksəlib.

Qeyd edək ki, reytinq cədvəlinə ABŞ seçməsi (2057,19) başçılıq edir.


SON XƏBƏRLƏR