• Bakı 25° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

 “Zirə” - "Hayduk” oyununun hakimləri müəyyənləşib

İDMAN

11 Iyul 2025 | 19:00

 “Zirə” - Hayduk” oyununun hakimləri müəyyənləşib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” və Xorvatiyanın "Hayduk” komandaları arasında Bakıda keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, matçda ədaləti Yunanıstandan olan hakimlər briqadası qoruyacaq.

Baş hakim Xristos Varqetisə Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma iyulun 23-də Bakıda, cavab görüşü isə 31-də Spilitdə gerçəkləşəcək.


SON XƏBƏRLƏR

11 Iyul 2025