• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Sumqayıt" Serbiya təmsilçisinə böyük hesabla uduzdu

İDMAN

12 Yanvar 2026 | 18:29 | Müəllif: Subhan Mahmudov

"Sumqayıt" Serbiya təmsilçisinə böyük hesabla uduzdu

“Sumqayıt” Antalya toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Serbiyanın “OFK Belqrad” komandası ilə qarşılaşıb. Matç rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın yeganə qolunu 4-cü dəqiqədə Aleksandr Ramalinqom vurub.

"Sumqayıt" hazırda Misli Premyer Liqasında 27 xalla 5-cidir. "OFK Belqrad" isə Serbiya Superliqasında 25 xalla 9-cudur.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5 hesabı ilə uduzub. Komanda Türkiyədə daha 1 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 16-da Xorvatiya “Osiyek”i ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026