• Bakı 12° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Aeroport yolundakı qəza hərəkəti iflic etdi - VİDEO

HADİSƏ

12 Yanvar 2026 | 14:12

Aeroport yolundakı qəza hərəkəti iflic etdi - VİDEO

Yanvarın 10-u saat 15 radələrində aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası, mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Lakin yol polisi əməkdaşlarının operativ müdaxiləsindən sonra tıxac aradan qaldırılıb.

Qurum bu hadisə fonunda sürücülərə bir daha müraciət edib: “Müşahidə kameralarının əhatə dairəsində qeydə alınan qəzaların təhlili göstərir ki, Bakıda sürücü diqqətsizliyi səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı az deyil.

Sürücülər bilməlidirlər ki, hərəkət zamanı istənilən nəqliyyat vasitəsində texniki nasazlıq yarana və bu, avtomobilin məcburi şəkildə yolun hərəkət hissəsində dayanmasına səbəb ola bilər. Belə hallarda digər sürücülərin diqqətinin yolda olmaması, sükan arxasında mobil telefon və ya digər diqqət yayındıran vasitələrdən istifadə etməsi sürətin vaxtında azaldılmamasına və nəticədə qəzanın baş verməsinə gətirib çıxarır. Xüsusilə hərəkətin intensiv olduğu küçə və prospektlərdə bu cür hadisələr ölüm və xəsarət halları, nəqliyyat vasitələrinə ciddi zərər dəyməsi və süni nəqliyyat sıxlıqları ilə nəticələnir.

Qeyd olunanları nəzərə alaraq, NİİM sürücüləri yollarda daha diqqətli olmağa, düzgün ara məsafəsi saxlamağa, sükan arxasında diqqəti yayındıran vasitələrdən istifadə etməməyə və məsuliyyətli davranmağa çağırır”.

Həmin qəzanın başvermə anını təqdim edirik:


SON XƏBƏRLƏR