2029-cu ilə qədər Azərbaycanda pilot ərazilərdə və sənaye sektorunda tullantı su istifadəsinin 50 %-ə çatdırılması planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, proqram çərçivəsində ilkin olaraq 2 pilot ərazidə tullantı su istifadısi təşkil ediləcək, daha sonra bunun 5 pilot ərazidə təşkili planlaşdırılır. İşlərin əsas icraçısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Bu işlərin 2026-2029-cu illəri əhatə etməsi gözlənilir.
Bakı 




