• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı - Yeni rəis odur

CƏMİYYƏT

11 Fevral 2026 | 16:03

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı - Yeni rəis odur

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.

Bakıvaxtı.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis postundan kənarlaşdırılıb.

“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.


SON XƏBƏRLƏR