• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Virus infeksiyaları BU CÜR müəyyən olunur

CƏMİYYƏT

11 Fevral 2026 | 15:12

Virus infeksiyaları BU CÜR müəyyən olunur

“Virus infeksiyalarında ilkin diaqnoz əsasən kliniki əlamətlərə görə qoyulur, laborator analizlər isə bunu dəqiqləşdirməyə kömək edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb. 

Pediatr qeyd edib ki, ilk növbədə həkim müayinəsi zamanı uşağın simptomları qiymətləndirilir və ilkin diaqnostika kliniki əlamətlər əsasında aparılır. Onun sözlərinə görə, qanın ümumi analizi bu mərhələdə mühüm rol oynayır.

S.Cəfərova bildirib ki, adi virus infeksiyalarında leykositlərin sayı adətən kəskin artmır, bəzi hallarda isə nisbətən aşağı ola bilər. Limfositlərin səviyyəsində artım müşahidə edilə bilər. O əlavə edib ki, C-reaktiv zülal göstəricisi virus infeksiyalarında bakterial infeksiyalarla müqayisədə daha az yüksəlir və bu da differensial diaqnostikada həkimə kömək edir.

Pediatr vurğulayıb ki, şübhəli hallarda ekspress testlərdən də istifadə olunur. Bu testlər qrip (influenza) və adenovirus kimi infeksiyaların aşkarlanmasında diaqnostik prosesi sürətləndirir və müalicə taktikasının müəyyənləşdirilməsinə yardım edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR