• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Pediatr: İştahsız uşaqları zorla yedirtmək düzgün deyil

CƏMİYYƏT

11 Fevral 2026 | 15:22

Pediatr: İştahsız uşaqları zorla yedirtmək düzgün deyil

"Respirator infeksiya zamanı uşağa sakit istirahət şəraiti yaradılmalı, bol maye verilməli və dərmanlar yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.

Pediatr qeyd edib ki, ilk növbədə xəstəlik dövründə uşağa sağlam və sakit mühit təmin edilməlidir. Onun sözlərinə görə, uşaq kifayət qədər yatmalı, yuxu rejiminə diqqət olunmalı, fiziki və zehni yüklənmədən uzaq saxlanmalıdır. Otaq mütəmadi havalandırılmalıdır.

S.Cəfərova vurğulayıb ki, xəstəlik zamanı orqanizm çox maye itirdiyi üçün uşağa tez-tez və az miqdarda su, kompot, çay və ev şəraitində hazırlanmış şorbalar verilməlidir. Ana südü ilə qidalanan körpələrdə isə ana südü mütləq davam etdirilməlidir.

Pediatr bildirib ki, xəstəlik dövründə uşaqlar iştahsız və kaprizli ola bilər, onları zorla yedirtmək düzgün deyil. Qidalar asan həzm olunan olmalı, yağlı və qızartmalı yeməklərdən uzaq durulmalıdır.

O əlavə edib ki, gigiyena qaydalarına ciddi riayət olunmalıdır - əllər tez-tez yuyulmalı, oyuncaqlar, telefon, masa və digər tez-tez istifadə olunan əşyalar dezinfeksiya edilməlidir.

S.Cəfərovanın sözlərinə görə, dərman vasitələri yalnız həkim nəzarəti altında verilməlidir. Qızdırmasalıcı preparatlar isə yalnız hərarət 38-39 dərəcəyə yüksəldikdə istifadə olunmalıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR