• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Rəna Məmmədova vəzifəsindən azad olundu

CƏMİYYƏT

11 Fevral 2026 | 15:29

Rəna Məmmədova vəzifəsindən azad olundu

Tovuz Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi vəzifəsindən azad olunub.

Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu, icra hakimiyyəti strukturlarında edilmiş dəyişikliklərlə bağlı olub.

İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və onun yerinə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi yaradılıb. Nəticədə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Rəna Balakişi qızı Məmmədova vəzifəsini itirib. R.Məmmədova yeni işlə təmin edilmədiyi üçün başçının sərəncamına götürülüb.

İcra başçısının əmri ilə Rəhman Yaşar oğlu Zeynalov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsində məsləhətçi vəzifəsinə təyin olunub.


SON XƏBƏRLƏR